Vətənim Media xəbər verir ki, baş prokuror Kamran Əliyev oktyabrın 16-da saat 10:00-da Səbail rayon prokurorluğunun inzibati binasında rayon sakinləri ilə görüşəcək. Qəbulda hüquq-mühafizə orqanlarının icraatındakı cinayət işləri və materiallar, eləcə də prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı konkret müraciət və şikayətlər dinləniləcək.
Qəbula yazılmaq istəyənlər Səbail Rayon Prokurorluğuna yazılı və ya şifahi müraciət edə bilərlər. Həmçinin Baş Prokurorluğun müvafiq idarəsinin (012) 361-14-07, (012) 361-14-22 və (012) 361-01-48, Bakı şəhər prokurorluğunun isə (012) 361-02-44 nömrələrinə zəng etməklə və ya elektron poçt vasitəsilə müraciət etmək mümkündür.
Əsas mənbə: APA
