Vətənim Media xəbər verir ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Bakı-Qroznı marşrutu üzrə uçan təyyarənin 2024-cü ilin dekabrında qəzaya uğraması ilə əlaqədar başsağlığını yeniləyib. O, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı öz adından və çeçen xalqı adından həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verib.
Kadırov bildirib ki, Çeçenistan xalqı Azərbaycanın kədərini bölüşür və qəza nəticəsində həyatını itirənlərin ruhuna dualar edir. O, faciəni iki xalqın ortaq kədəri kimi xarakterizə edib.
Əsas mənbə: APA
