Azərbaycanda ata qızını 8 il tövlədə zincirdə saxlayıb – REAL GÖRÜNTÜLƏR

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Azərbaycanın rayonlarından birində baş vermiş dəhşətli hadisənin üstü açılıb

Ata əqli problemləri olan Pərvanə adlı qızını 8 ildir ki dustaq kimi tövlədə zincirlənmiş vəziyyətdə saxlayıb. Yaşanmış hadisə Xəzər televiziyasında yayımlanan “Bizə danış” adlı verilişdə ictimaiyyətə açıqlanıb.

Aparıcı X.Hidayətqızının verdiyi məlumata görə, qonşular qızın 8 ildir belə vəziyyətdə yaşamasına susublar. Bundan əlavə qohumlar da əqli problemi olduğu deyilən qız barəsində heç bir quruma müraciət etməyiblər.
Pərvanə haqqında ətraflı sujet sabah verilişdə yayımlanacaq.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗