Şəmkirdə əkiz qardaşını bıçaqlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Şəmkirdə əkiz qardaşını bıçaqlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Vətənim Media xəbər verir ki, Şəmkirdə 2008-ci il təvəllüdlü X.Quliyev əkiz qardaşı N.Quliyevi bıçaqlamaqda şübhəli bilinərək saxlanılıb. Hadisə zamanı xəsarət alan N.Quliyev xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata əsasən, qardaşlar arasında mübahisə birinin digərinin otağına icazəsiz daxil olması ilə bağlı yaranıb. Fakt üzrə araşdırma davam etdirilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗