Kambocanın Baş naziri Hun Manet Azərbaycana rəsmi səfərə gəlib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Kambocanın Baş naziri Hun Manet Azərbaycana rəsmi səfərə gəlib

Vətənim Media xəbər verir ki, oktyabrın 11-də Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Onu xanımı Piç Çanmoni müşayiət edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul düzülüb, Azərbaycan və Kambocanın dövlət bayraqları dalğalanıb. Hun Maneti və xanımını Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗