Biləsuvarda şadlıq sarayında bıçaqlanan kişinin vəziyyəti qənaətbəxşdir

Şrift
🔊 Xəbəri dinlə — Babək
Biləsuvarda şadlıq sarayında bıçaqlanan kişinin vəziyyəti qənaətbəxşdir

Vətənim Media xəbər verir ki, Biləsuvarın mərkəzindəki şadlıq saraylarından birində 49 yaşlı kişi bıçaqlanıb. 1977-ci il təvəllüdlü Eldar Vəliyev kürək nahiyəsindən xəsarət alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini qənaətbəxş qiymətləndirirlər.

Hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Ülvü Qurbanov polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗