Aeroport şosesində qəza “Koroğlu” istiqamətində sıxlıq yaradıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Aeroport şosesində qəza “Koroğlu” istiqamətində sıxlıq yaradıb

Vətənim Media xəbər verir ki, Bakının Sabunçu rayonunda, Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsi “Koroğlu” metro stansiyası istiqamətində hərəkətin sıxlaşmasına səbəb olub.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, polis əməkdaşları sıxlığın aradan qaldırılması üçün tədbirlər görür. Qəzanın başvermə səbəbi və hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗