Mirziyoyev AQEM-in Bakı sammitində iştirak edəcək

Şrift
🔊 Xəbəri dinlə — Babək
Mirziyoyev AQEM-in Bakı sammitində iştirak edəcək

Vətənim Media xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-15-də Azərbaycana işgüzar səfər edəcək. O, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitinə qatılacaq.

Sammitdə Asiyada etimadın möhkəmləndirilməsi, sülh və təhlükəsizlik, eləcə də təşkilatın institusional inkişafı müzakirə olunacaq. Görüş çərçivəsində nəqliyyat əlaqələri, rəqəmsallaşma və dayanıqlı iqtisadi artım sahələrində əməkdaşlıq perspektivlərinin də nəzərdən keçirilməsi planlaşdırılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗