Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların hamısı xilas edilib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların hamısı xilas edilib

Vətənim Media xəbər verir ki, Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə, Qara dənizdə “CHELSEA-3” yük gəmisinə dron hücumu olub. Gəminin 15 nəfərlik heyətində olan 8 Azərbaycan vətəndaşının hamısı xilas edilib.

1993-cü il təvəllüdlü Ramin Rauf oğlu Qəmbərli Varna şəhərindəki hərbi hospitala yerləşdirilib və səhhəti nəzarətdə saxlanılır. Digər yeddi azərbaycanlı ilkin tibbi müayinədən keçib, vəziyyətləri qənaətbəxş qiymətləndirilib. Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklər vətəndaşlara tibbi və konsulluq dəstəyi göstərilməsi, eləcə də onların təhlükəsiz şəkildə Azərbaycana qayıtmasının təşkili üçün aidiyyəti qurumlarla koordinasiya aparır.

XİN vətəndaşlara təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməmək, həmçinin Qara və Azov dənizlərində riskli marşrutlarla hərəkət edən gəmilərdə işləməkdən çəkinmək barədə xəbərdarlıq edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗