Vətənim Media xəbər verir ki, Ermənistanda hərbi növbətçilik zamanı güllə yarası alan Yeprem Qevorkyan xəstəxanaya çatdırılıb. Ermənistan Müdafiə Nazirliyinin məlumatına əsasən, hərbçi silahdan istifadə qaydalarının pozulması nəticəsində xəsarət alıb.
Qevorkyanın xəstəxanaya huşsuz vəziyyətdə gətirildiyi və çiynindən yaralandığı bildirilib. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
Əsas mənbə: APA
