Vətənim Media xəbər verir ki, FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda Niderlandın NEK və Bolqarıstanın “Levski” komandaları arasındakı qarşılaşmaya təyinat alıb.
Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək, dördüncü hakim isə İnqilab Məmmədov olacaq. Oyun oktyabrın 15-də Niderlandın Neymegen şəhərində yerləşən “Qoffert” stadionunda keçiriləcək.
Əsas mənbə: APA
