Vətənim Media xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda ilk oyun günü keçirilib. Gün ərzində baş tutan 9 qarşılaşmanın diqqətçəkən nəticələrindən biri İstanbulda qeydə alınıb: “Barselona” səfərdə “Qalatasaray”a 4:1 hesabı ilə qalib gəlib.
“İnter” isə öz meydanında “Brügge”yə 3:4 hesabı ilə uduzub. Digər matçlarda “Atletiko” “Mançester Yunayted”i 2:0, “Arsenal” “Lill”i 3:0, “Leypsiq” PSV-ni 1:0 hesabı ilə məğlub edib. “Sportinq” səfərdə “Lans”ı 2:0 üstələyib, “Vikinq”lə “Bavariya” 3:3, “Vilyareal”la “Napoli” isə 3:1 hesabı ilə oynayıb. Azərbaycan təmsilçisi “Sabah” da doğma meydanda “Slaviya”ya 2:0 hesabı ilə qalib gəlib.
Əsas mənbə: APA
