Vətənim Media xəbər verir ki, təhsil eksperti Ramin Nurəliyev vahid məktəbli formasının nizam-intizamın gücləndirilməsinə, şagirdlər arasında sosial bərabərliyin qorunmasına və sağlam təhsil mühitinin yaranmasına xidmət etdiyini bildirib.
Onun sözlərinə görə, ümumi təhsil məktəblərində müəllim və şagirdlərin geyiminə dair tələblər Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Nurəliyev qeyd edib ki, vahid forma şagirdlərin ailələrinin maddi imkanlarına görə fərqlənməsinin qarşısını almağa kömək edir. Məktəbdə hər kəsin bərabər hüquqlarının qorunmasının vacibliyini vurğulayan ekspert bu yanaşmanın beynəlxalq təcrübədə də tətbiq olunduğunu deyib.
Ekspert qərarın icrasında valideynlərin də dəstəyini vacib sayıb. O bildirib ki, keyfiyyətli təhsil mühiti məktəbdə nizam-intizamdan başlayır və bu işdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər birlikdə iştirak etməlidirlər.
Əsas mənbə: APA
