ABB mobile-da aviabiletləri 24 ayadək hissə-hissə ödəmək mümkün olacaq

Şrift
🔊 Xəbəri dinlə — Babək
ABB mobile-da aviabiletləri 24 ayadək hissə-hissə ödəmək mümkün olacaq

Vətənim Media xəbər verir ki, ABB mobile tətbiqindəki DigiTravel xidməti ilə aviabileti indi alıb, ödənişini sonradan hissələrlə etmək imkanı yaradılıb. Müştərilər seçdikləri biletlərin dəyərini 24 ayadək ödəyə, üç ayadək müddətə isə komissiyasız hissələndirmədən yararlana bilərlər.

Xidmət vasitəsilə 5 000 manatadək dəyəri olan aviabiletləri almaq mümkündür. İstifadəçilər tətbiqdən çıxmadan müxtəlif istiqamətlər üzrə reysləri axtarıb müqayisə edə və bilet əldə edə bilirlər; axtarış nəticələrinə uyğun sərfəli seçimlər də tövsiyə olunur.

DigiTravel-də aviabilet alışından əlavə, səyahət sığortası, viza müraciətləri üçün hesab çıxarışı və arayışların əldə edilməsi, TravelCard, ABB-AZAL Miles kartları və ABB-eSIM xidmətləri də təqdim edilir. ABB səyahətlə bağlı xidmət imkanlarını genişləndirməyi planlaşdırır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗