Vətənim Media xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-də Azərbaycana səfərə gəlib. O, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşündə iştirak edəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Özbəkistan liderini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar. Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya gəlib. Səfər çərçivəsində xarici nümayəndə heyətlərinin rəhbərləri ilə görüş və danışıqların keçirilməsi də nəzərdə tutulur.
Əsas mənbə: APA
