Vətənim Media xəbər verir ki, 13 oktyabr 2026-cı ildə Almaniyadan Azərbaycana 32 vətəndaş readmissiya edilib. Geri qəbul “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş əsasında həyata keçirilib.
Dövlət Miqrasiya Xidmətinin əlaqələndirdiyi Reinteqrasiya üzrə İşçi Qrupu geri qaytarılan şəxslərin qarşılaşdıqları çətinliklərin operativ həlli və cəmiyyətə sosial-iqtisadi reinteqrasiyası üçün tədbirlər görür. Qrupun işində aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edir.
Əsas mənbə: APA
