Gürcüstan Brüsseldə Aİ-nin genişlənmə forumunda təmsil olunmayacaq

Şrift
🔊 Xəbəri dinlə — Babək
Gürcüstan Brüsseldə Aİ-nin genişlənmə forumunda təmsil olunmayacaq

Vətənim Media xəbər verir ki, Gürcüstan hökumətinin nümayəndələri noyabrın 15-16-da Brüsseldə keçiriləcək “Daha geniş Avropa – daha güclü Avropa” forumunun iştirakçıları sırasında yer almayıb. Avropa Komissiyasının yayımladığı siyahıda Aİ rəsmiləri ilə yanaşı Moldova, Ukrayna, Albaniya, Monteneqro və Şimali Makedoniyanın liderlərinin adları var.

Forumda Avropa İttifaqının genişlənmə perspektivləri müzakirə olunacaq. Tədbirə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos ev sahibliyi edəcək. Gürcüstanın dəvət olunmadığı barədə məlumat isə rəsmi təsdiqə deyil, qeyri-rəsmi xəbərlərə əsaslanır. Kos daha əvvəl Gürcüstanın Aİ-yə üzvlük namizədliyinin yalnız kağız üzərində qaldığını bildirmişdi.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗