Vətənim Media xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib. O, Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.
Fidan Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov tərəfindən qarşılanıb. Türkiyə Xarici İşlər Nazirliyi nazirin Azərbaycanda səfərdə olduğunu bildirib.
Əsas mənbə: APA
