İstanbula enə bilməyən 43 təyyarə başqa hava limanlarına yönləndirilib

Şrift
🔊 Xəbəri dinlə — Babək
İstanbula enə bilməyən 43 təyyarə başqa hava limanlarına yönləndirilib

Vətənim Media xəbər verir ki, İstanbulda əlverişsiz hava şəraiti İstanbul və Sabiha Gökçen hava limanlarında uçuşlara mane olub. İstanbul Hava Limanına eniş edə bilməyən 43 təyyarə Türkiyədə və xaricdəki alternativ hava limanlarına göndərilib.

Təyyarələrdən 16-sı Ankaradakı Esenboğa, 8-i Sabiha Gökçen, 10-u İzmirdəki Adnan Menderes, ikisi Balıkesirdəki Koca Seyit, ikisi Çanaqqala, biri isə Antalya hava limanına yönləndirilib. Xaricdə eniş edənlərdən biri Tehrana, ikisi Burqasa, biri Afinaya gedib. Güclü külək və külək sürətinin kəskin dəyişməsi səbəbindən Sabiha Gökçendə enişlərə müvəqqəti fasilə verilib. Uçuşların saat 21:42-də dayandırıldığı, daha sonra isə bərpa edildiyi bildirilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗