Vətənim Media xəbər verir ki, tibb müəssisələrində hicabdan istifadəyə məhdudiyyət qoyulduğunu iddia edən məktubun görüntüsü saxtadır. Səhiyyə Nazirliyi belə bir sənəd qəbul etmədiyini və tibb müəssisələrinə həmin məzmunda göstəriş vermədiyini bildirib.
Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyinin birgə açıqlamasında saxta məktubun rəsmi yazışma kimi təqdim edilməsinin ictimaiyyəti çaşdırdığı vurğulanıb. Şura media subyektlərini və sosial media istifadəçilərini məlumatları rəsmi mənbələrdən yoxlamağa, saxta sənədi həqiqi sənəd kimi yaymamağa çağırıb.
Əsas mənbə: APA
