Vətənim Media xəbər verir ki, Avropa İttifaqı ölkələrinin yeraltı qaz anbarları hazırda 74,02% doludur. Anbarlarda təxminən 80,9 milyard kubmetr qaz var. Doluluq son beş ilin eyni tarix üzrə orta göstəricisindən 14,88 faiz bəndi, ötən ilin müvafiq dövründəki 83,1%-dən isə 9,08 faiz bəndi azdır.
Mövcud səviyyə 2011-ci ildən aparılan müşahidələrdə həmin tarix üçün ən aşağı göstəricidir. Anbarlardakı qaz ehtiyatı 2025-ci ilin yığım səviyyəsindən 10,8 milyard kubmetr az, 2013-cü ildən bəri qeydə alınan ən aşağı həcmdir. Avropa İttifaqı qaydalarına əsasən, ölkələr oktyabrın 1-dən dekabrın 1-dək anbar doluluğunu 90%-ə çatdırmalıdır; çətinlik yarandıqda 10%-lik elastiklik nəzərdə tutulur. 2026–2027-ci illərin payız-qış mövsümünə qədər bu normanı təmin etmək üçün anbarlara xalis olaraq ən azı 68 milyard kubmetr qaz vurulmalıdır. Ötən il bu göstərici təxminən 55 milyard kubmetr olub.
Əsas mənbə: APA
