Vətənim Media xəbər verir ki, Xalq artisti Mehriban Zəki “44” filminin çəkilişlərini böyük sevinc və məsuliyyətlə xatırlayıb. O, filmin təqdimatına həsr olunmuş mətbuat konfransında premyera gününü aylardır gözlədiyini deyib.
Zəkinin sözlərinə görə, 44 günlük müharibənin yaşantılarını ekrana gətirmək aktyorlar üçün həssas və məsuliyyətli iş olub. O, həmin hadisələrin oyun deyil, real həyat olduğunu vurğulayaraq, çəkiliş meydançasında hər kəsin işə sevgi ilə yanaşdığını bildirib. Aktrisa çəkilişlər zamanı müharibə günlərində hiss etdiyi həyəcanı və qələbə duyğusunu yenidən yaşadığını qeyd edib.
Əsas mənbə: APA
