Vətənim Media xəbər verir ki, bu gün Füzuli Şəhəri Günüdür. Azərbaycan Ordusu 2020-ci il oktyabrın 17-də, sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları zamanı Füzuli şəhərini işğaldan azad edib. Şəhərin azad edilməsi xəbərini Prezident İlham Əliyev həmin gün xalqa müraciətində açıqlayıb.
Prezident müraciətində Füzuli şəhəri ilə yanaşı, rayonun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də azad olunduğunu bildirib. Füzuli rayonu 1993-cü il avqustun 23-də işğal edilmişdi. Şəhərin azad olunması uğrunda döyüşlərdə fərqlənən hərbçilər “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib, 17 oktyabr isə Füzuli Şəhəri Günü kimi təsis olunub. Böyük Qayıdış çərçivəsində şəhərə köç davam edir.
Əsas mənbə: APA
