Azərbaycanda avtobusla sərnişin daşınması taksidən daha sürətlə artıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Azərbaycanda avtobusla sərnişin daşınması taksidən daha sürətlə artıb

Vətənim Media xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtobuslarla 1 milyard 482 milyon 288,6 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz çoxdur.

Hesabat dövründə taksi xidmətlərindən istifadə edənlərin sayı 121 milyon 51 min nəfər təşkil edib və illik müqayisədə 9 faiz artıb. Bütün nəqliyyat vasitələri ilə daşınan sərnişinlərin ümumi sayı isə 1 milyard 771 milyon 305,6 min nəfərə çataraq əvvəlki ilin eyni dövrünü 9,7 faiz üstələyib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗