Sabah Bakıda 28, bölgələrdə 31 dərəcəyədək isti olacaq

Şrift
🔊 Xəbəri dinlə — Babək
Sabah Bakıda 28, bölgələrdə 31 dərəcəyədək isti olacaq

Vətənim Media xəbər verir ki, oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Yağıntı gözlənilmir, səhər bəzi yerlərdə zəif duman müşahidə edilə bilər. Cənub-şərq küləyi əsəcək. Gecə 18-20, gündüz 23-28 dərəcə isti olacaq.

Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı bildirilir. Mülayim şərq küləyi əsəcək. Aran rayonlarında gecə 16-19, gündüz 26-31 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 7-12, gündüz 20-25 dərəcə isti gözlənilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗