Enerji sektorunda istehsal və xidmətlərin dəyəri 2,2 faiz azalıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Enerji sektorunda istehsal və xidmətlərin dəyəri 2,2 faiz azalıb

Vətənim Media xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 2 milyard 627,8 milyon manatlıq məhsul istehsal edilib və xidmət göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz azdır.

Hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın həcmi 511,5 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 4,5 faiz artıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗