Vətənim Media xəbər verir ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının iştirakı ilə keçirilən “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində növbəti mərhələyə başlanıb. Təlim çərçivəsində hərbi pilotlar təlim-məşq uçuşları həyata keçiriblər.
Uçuşlarda hərbçilər mürəkkəb pilotaj elementlərini yerinə yetirib, havada qarşılıqlı fəaliyyət və döyüş tapşırıqlarının icrası üzrə praktiki bacarıqlarını nümayiş etdiriblər. Təlimə hər iki ölkənin aviasiya və hava hücumundan müdafiə vasitələri də cəlb olunub.
Əsas mənbə: APA
