Vətənim Media xəbər verir ki, Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür. Ali Sovet 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Akt 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsinin prinsiplərinə və 1991-ci il avqustun 30-da müstəqilliyin bərpası barədə verilmiş bəyannaməyə əsaslanıb.
1991-ci il dekabrın 29-da keçirilən referendumda seçicilər Konstitusiya Aktını dəstəkləyib. 1992-ci ildə dövlət himni, üçrəngli bayraq və gerb təsdiqlənib. 2021-ci ildə qəbul edilmiş qanunla mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü adlandırılıb. Mayın 28-i qeyri-iş günü, oktyabrın 18-i isə iş günü olan bayramdır.
Əsas mənbə: APA
