Vətənim Media xəbər verir ki, Moskva meri Sergey Sobyanin son 24 saat ərzində paytaxta yaxınlaşan 195 pilotsuz uçuş aparatının vurulduğunu bildirib. Rusiya paytaxtına kütləvi dron hücumu fonunda şəhərin bir sıra rayonlarında PUA təhlükəsi elan edilib.
Hücumlarla əlaqədar Moskva hava limanlarında uçuş məhdudiyyətləri tətbiq olunub. Məhdudiyyətlər beynəlxalq reyslərə də təsir edib: Türkiyədən Moskvaya gələn üç təyyarə Vnukovo hava limanındakı vəziyyətə görə Polşa və Litva hava məkanından geri dönüb. Yerli kanallar raket hücumu təhlükəsi barədə də məlumat yayıb.
Əsas mənbə: APA
