Kürdəmirdə qatarın vurduğu 1976-cı il təvəllüdlü kişi ölüb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Kürdəmirdə qatarın vurduğu 1976-cı il təvəllüdlü kişi ölüb

Vətənim Media xəbər verir ki, Kürdəmir rayonunda dəmir yolu xəttinin yaxınlığında meyiti aşkarlanan şəxsin qatarın vurması nəticəsində öldüyü bildirilib. Ölən şəxs Təklə kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Ağadadaş oğlu Şahverdiyevdir.

Məlumata görə, bu gün səhər saatlarında Kürdəmir ərazisindən keçən yük qatarının maşinisti dəmir yolu kənarında kişinin meyitini görüb və aidiyyəti qurumlara məlumat verib. Şahverdiyev aldığı ağır xəsarətlərdən həyatını itirib. Hadisənin başvermə şəraiti araşdırılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗