Vətənim Media xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 4 336 minik avtomobili ixrac olunub. Avtomobillərin ümumi dəyəri 149,6 milyon ABŞ dolları təşkil edib.
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan avtomobillərin sayı 2 031 ədəd və ya 31,9 faiz, dəyəri isə 12,26 faiz azalıb. Hesabat dövründə Gürcüstandan ümumilikdə 63 141 minik avtomobili ixrac edilib; onların dəyəri 1 milyard 529 milyon ABŞ dolları olub. Gürcüstanın avtomobil ixracının 6,87 faizi Azərbaycana yönəlib.
Əsas mənbə: APA
