Dövlət Proqramının 738 məzunu üçün 150-dən çox vakansiya təqdim olunub

Şrift
🔊 Xəbəri dinlə — Novruz
Dövlət Proqramının 738 məzunu üçün 150-dən çox vakansiya təqdim olunub

Vətənim Media xəbər verir ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın məzunları üçün karyera sərgisi keçirilib. Tədbiri Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı İdarəetmə Qrupu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi birgə təşkil edib.

Sərgidə 40-dan çox dövlət və özəl qurum 150-dən artıq vakansiya təqdim edib. Məzunlar işəgötürənlərlə görüşüb, CV-lərini təqdim edib və karyera imkanları ilə tanış olublar. Dövlət Proqramı çərçivəsində indiyədək 738 nəfər məzun statusu qazanıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗