Ukraynadan gətirilən uşaqlar Qəbələ və Şəkinin tarixi məkanlarını gəziblər

Şrift
🔊 Xəbəri dinlə — Novruz
Ukraynadan gətirilən uşaqlar Qəbələ və Şəkinin tarixi məkanlarını gəziblər

Vətənim Media xəbər verir ki, Ukraynadan Azərbaycana gətirilən uşaqların sosial reabilitasiya proqramı çərçivəsində Qəbələ və Şəkiyə ekskursiyalar təşkil olunub. Səfərlərin məqsədi uşaqların asudə vaxtını səmərəli keçirməsi, ölkənin tarixi, mədəniyyəti və təbiəti ilə tanış olmasıdır.

Uşaqlar Qəbələdə Tarix-Diyarşünaslıq Muzeyini, Tufandağ İstirahət Kompleksini və Qəbələnd Əyləncə Mərkəzini, Şəkidə isə Xan Sarayını ziyarət ediblər. On günlük proqramda iştirakçılara sosial-psixoloji dəstək göstərilir və sosial adaptasiya işləri aparılır. Yaxın günlərdə onların başqa bölgələrə də səfərləri nəzərdə tutulub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗