Vətənim Media xəbər verir ki, oktyabrın 19-da müdafiə nazirinin müavini, Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı general-mayor Rəşid Məhəmməd Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə hərbi qulluqçuların iştirakı ilə keçirilən birgə təlimlər, görülən tədbirlər və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Qonaqlar təlim qərargahına baş çəkib, aviasiya texnikalarına baxış keçiriblər.
Əsas mənbə: APA
