“Sabah”ın oyunu üçün Bakı metrosunda Qırmızı xətt gücləndiriləcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“Sabah”ın oyunu üçün Bakı metrosunda Qırmızı xətt gücləndiriləcək

Vətənim Media xəbər verir ki, “Sabah” FK-nın UEFA Çempionlar Liqasındakı növbəti oyunu ilə əlaqədar oktyabrın 20-də Bakı metrosunda xüsusi iş rejimi tətbiq olunacaq. Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək.

Azarkeşlərin gediş-gəlişini asanlaşdırmaq üçün Qırmızı xətt gücləndirilmiş qrafiklə işləyəcək. “Koroğlu” stansiyasında əlavə əməkdaşlar növbətçiliyə cəlb ediləcək, nəzarət tədbirləri artırılacaq. Oyun bitəndən sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Yaşıl və Bənövşəyi xətlərin hərəkət qrafiki dəyişməyəcək.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗