Vətənim Media xəbər verir ki, oktyabrın 22-də Maliyyə Nazirliyinin dəstəyi ilə “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfrans keçiriləcək. Tədbirdə dövlət qurumları, özəl sektor və ictimai təşkilatların nümayəndələri, həmçinin peşəkar mühasiblər iştirak edəcəklər.
İki panel sessiyasında dövlət maliyyəsinin rəqəmsallaşdırılması, sistemlərarası inteqrasiya, rəqəmsal ödənişlər və məlumatların idarə olunması müzakirə ediləcək. Söhbət həmçinin dövlət vəsaitlərinin səmərəli istifadəsinin qiymətləndirilməsi, satınalma məlumat bazalarının təkmilləşdirilməsi, risklərin erkən aşkarlanması və rəqəmsal maliyyə ekosistemində ictimai etimadın gücləndirilməsindən gedəcək.
Əsas mənbə: APA
