Vətənim Media xəbər verir ki, APA-nın “Əl-Əxbar” nəşrinə istinadən yaydığı məlumatda ABŞ-ın İranı nüvə proqramı ilə bağlı güzəştə getməyə çağırdığı və əks halda ölkənin nüvə obyektlərinə genişmiqyaslı zərbələr endirməklə hədələdiyi bildirilir.
Nəşrin mənbələrinin iddiasına görə, Pakistan ordusunun komandanı Asim Munir Tehrana səfəri zamanı Vaşinqtonun tələbini İran tərəfinə çatdırıb. Tələblər yerinə yetirilməzsə, hücumun baş verə biləcəyi, mümkün hədəflər arasında isə Kolanq-Qaz-La dağı ərazisindəki nüvə obyektlərinin olduğu qeyd olunur.
Əsas mənbə: APA
