Mirzoyan: TRIPP dəmir yolunda sərnişin qatarları da hərəkət edəcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin qatarları da hərəkət edəcək

Vətənim Media xəbər verir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi çərçivəsində Ermənistandan keçəcək dəmir yolu xəttində sərnişin daşımalarının nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, qatarların dayanacaqları da olacaq.

Mirzoyan bu fikirləri Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasında layihə ilə bağlı çərçivə sazişinin ratifikasiyası məsələsini təqdim edərkən səsləndirib. “Sputnik-Armenia”nın məlumatına görə, nazir TRIPP-in hər iki tərəf üçün faydalı olduğunu və iqtisadi baxımdan sülhün möhkəmlənməsinə müsbət təsir göstərdiyini deyib. O, Azərbaycan və Ermənistanın layihədə qarşılıqlı marağı olduğunu vurğulayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗