Vətənim Media xəbər verir ki, Giorgi Zurabaşvili Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi təyin edilib. APA-nın yerli bürosunun məlumatına görə, bunu Kobaxidze brifinqdə açıqlayıb.
Kobaxidze Rusiya ilə münaqişənin sülh yolu ilə həllini, ticarət-iqtisadi əlaqələrin qorunub inkişaf etdirilməsini və humanitar məsələlər üzrə daimi dialoqu Gürcüstanın əsas prioritetləri sırasında göstərib. Zurabaşvili 2024–2025-ci illərdə xarici işlər nazirinin müavini, 2025-ci ilin iyulundan isə nazirin birinci müavini vəzifəsində çalışıb.
Əsas mənbə: APA
