Vətənim Media xəbər verir ki, “AI Academy”nin birillik ilk tədris proqramını 57 iştirakçı uğurla tamamlayıb. Proqrama 8 mindən çox müraciət daxil olub. Məzunlardan 35-i artıq işlə təmin edilib, 7 nəfər isə Milli Süni İntellekt Mərkəzində fəaliyyətə başlayıb.
AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin nəzdində fəaliyyət göstərən akademiyanın ilk Məzun Günündə iştirakçılara diplomlar təqdim olunub. Ən yüksək akademik nəticə göstərən üç məzun xüsusi mükafat alıb. Məzunlar bank-maliyyə, sənaye, dövlət və akademik sektorlarda işə başlayıblar.
2025-ci ildə fəaliyyətə başlayan “AI Academy” 2028-ci ilədək 600-dən çox süni intellekt mühəndisi hazırlamağı planlaşdırır. Akademiya, həmçinin dövlət və özəl sektorun rəhbərləri və mütəxəssisləri üçün ixtisaslaşmış təlim proqramlarını genişləndirməyi nəzərdə tutur.
Əsas mənbə: APA
