Vətənim Media xəbər verir ki, “Al Hadath” telekanalının məlumatına görə, maskalı silahlılar Tripolidə Liviyanın Hesablama Palatasının binasına daxil olaraq Ənvər əl-Hauşun qurum sədrinin müavini vəzifəsini icra etməsinə nail olmağa çalışıblar. Bu vəzifə ona Ali Dövlət Şurasının sədri Məhəmməd Takala tərəfindən həvalə edilib. Təyinat həm Ali Dövlət Şurasında, həm də ölkənin şərqində fəaliyyət göstərən Nümayəndələr Palatasında etirazla qarşılanıb.
Telekanal basqında Milli Birlik Hökumətinə tabe olan 444-cü briqadanın üzvlərinin iştirak etdiyini bildirib. BMT-nin Liviyaya Dəstək Missiyası silahlı müdaxiləni pisləyib, şəxslərin binanı tərk etməsini tələb edib. Missiya təyinatla bağlı mübahisələrin qanuni mexanizmlərlə həllinə çağırıb və müdaxilənin qanunun aliliyinə, dövlət qurumlarının müstəqilliyinə təhlükə yaratdığını vurğulayıb.
Əsas mənbə: APA
