Vətənim Media xəbər verir ki, UEFA Çempionlar Liqasının III turunun son oyun günündə doqquz qarşılaşma keçirilib. “Real Madrid” doğma meydanda “Leypsiq”ə 4:1 hesabı ilə qalib gəlib.
Turun diqqətçəkən görüşündə “Bavariya” ilə “Arsenal” 2:2 hesablı heç-heçə edib. “Qalatasaray” isə səfərdə “Lill”i 4:2 hesabı ilə məğlub edib.
Digər oyunlarda “Komo” “Mançester Yunayted”i 4:1, “İnter” “Şaxtyor”u 1:0, “Aston Villa” “Vikinq”i 3:1, “Brügge” “Lans”ı 3:0, “Betis” “Feyenoord”u 1:0 hesabı ilə üstələyib. “Sportinq” LASK-a 2:3 hesabı ilə uduzub.
Əsas mənbə: APA
