Vətənim Media xəbər verir ki, Baş nazir Əli Əsədov Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibinin yenilənməsi barədə qərar imzalayıb. APA-nın məlumatına görə, kollegiya üzvlərinin sayı 11 nəfər müəyyən edilib.
Təsdiqlənən tərkibə nazir, onun müavinləri, nazirliyin Aparat rəhbəri və beş şöbə müdiri daxildir. Kollegiyada, həmçinin nazirliyin tabeliyindəki Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzinin İdarə Heyətinin sədri yer alacaq.
Əsas mənbə: APA
