Vətənim Media xəbər verir ki, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nda mövcud yaşayış və kommersiya binalarının 2035-ci ilədək elektrik istilik nasoslarına keçirilməsi nəzərdə tutulub. APA-nın məlumatına görə, strategiyada təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi də hədəf kimi müəyyənləşdirilib.
Sənədə əsasən, yeni binalarda istilik nasoslarının quraşdırılması üçün qaydalar hazırlanacaq, onların işləməsində bərpa olunan elektrik enerjisindən istifadənin dəstəklənməsi və şəhər-kənd yerlərində quraşdırılmasının təşviqi nəzərdə tutulur. 2060-cı ilədək bütün binalarda elektrik istilik nasoslarının payının 100 faizə çatdırılması hədəflənir.
Əsas mənbə: APA
