Vətənim Media xəbər verir ki, oktyabrın 22-də Xocalı və Ağdərə rayonlarına 44 ailədən ibarət 176 nəfərin köçü həyata keçirilib. Ailələr yeni mənzillərinə yerləşdirilib.
Xocalı rayonunda 15 ailə — 64 nəfər Ballıca, Xocalı şəhəri, Badara, Xanyurdu və Daşbulaq yaşayış məntəqələrinə qayıdıb. Ağdərənin Heyvalı kəndinə 23 ailə, Vəngli kəndinə isə 6 ailə köçürülüb. Bu rayon üzrə qayıdanların sayı 29 ailə və 112 nəfərdir.
Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin APA-ya verdiyi məlumata görə, yaşayış məntəqələrində sakinlər üçün zəruri infrastruktur və gündəlik tələbatların qarşılanması üçün şərait yaradılıb.
Əsas mənbə: APA
