Leyla Əliyeva Səmərqənddə uşaq sərgisi və İmam əl-Buxari kompleksini ziyarət edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Leyla Əliyeva Səmərqənddə uşaq sərgisi və İmam əl-Buxari kompleksini ziyarət edib

Vətənim Media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 22-də Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi ilə tanış olub. Sərgi uşaqların sağlamlığı, təhsili, reabilitasiyası və hüquqlarının qorunması sahələrində Özbəkistanda aparılan islahatlara həsr edilib.

Ekspozisiya uşağın doğulduğu andan müstəqil həyata qədəm qoymasına qədər inkişafını əhatə edən 13 tematik bölmə və interaktiv zonadan ibarətdir. Sərgi “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammiti çərçivəsində təşkil olunub.

Leyla Əliyeva daha sonra İmam əl-Buxarinin memorial kompleksini ziyarət edib. Ona İmam Məhəmməd ibn İsmayıl əl-Buxarinin elmi irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılan kompleks barədə məlumat verilib. Yenidənqurmadan sonra kompleksin ziyarətçilərin qəbulu və İslamın mədəni-elmi irsinin öyrənilməsi üçün şərait yaradan mərkəzə çevrildiyi bildirilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗