Vətənim Media xəbər verir ki, Türkiyə Superliqasının IX turunda keçiriləcək İstanbul derbisinin baş hakimi Atilla Karaoğlan olacaq. Bu barədə APA məlumat yayıb.
Karaoğlana köməkçi hakimlər Ceyhun Sesigüzel və Süleyman Özay olacaq. Dördüncü hakim vəzifəsini Abdullah Buğra Taşkınsoy yerinə yetirəcək. Qarşılaşma oktyabrın 26-da, bazar ertəsi, saat 22:30-da keçiriləcək.
Əsas mənbə: APA
