Vətənim Media xəbər verir ki, Avropada noyabr ayı üzrə qaz fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 1 050 dolları ötüb. Bu hədd sonuncu dəfə 2022-ci ilin dekabrında qeydə alınmışdı.
Londonun ICE birjasının məlumatlarına əsasən, Niderlanddakı TTF qovşağında noyabr fyuçersləri təxminən 1 055 dollar və ya 1 meqavat-saat üçün 91,07 avro səviyyəsində olub. TTF Avropada qaz fyuçersləri üçün əsas qiymət göstəricilərindən sayılır.
Əsas mənbə: APA
