Vətənim Media xəbər verir ki, Albaniya parlamentində hakim Sosialist Partiyası ilə müxalif Demokratik Partiyanın deputatları arasında fiziki qarşıdurma yaşanıb. CNA portalının məlumatına görə, müxalif deputatlar parlament tribunasını bloklayıb, tərəflər bir-birini təhqir edib və gərginlik əlbəyaxa davaya çevrilib.
Qarşıdurma Tiranada hökumət əleyhinə tələbə və vətəndaş etirazlarının davam etdiyi vaxta təsadüf edib.
Əsas mənbə: APA
