Vətənim Media xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu əmək pensiyasının bərpası və yenidən təyin olunması qaydalarını açıqlayıb. Ümumi xəstəlik səbəbindən əlilliyə görə pensiyanın ödənişi əlillik müddəti bitdiyi üçün dayandırılıbsa, beş il keçmədiyi halda pensiya bərpa edilir. Beş ildən artıq vaxt keçdikdən sonra əlillik yenidən yaranarsa, şəxsin pensiya hüququna yenidən baxılır və hüququ olduğu halda pensiya təyin edilir.
Əlilliyə görə pensiyanın başqa səbəblərdən bərpası müddətlə məhdudlaşdırılmır. Müraciət elektron qaydada, bu mümkün olmadıqda isə Fondun aidiyyəti bölmələri və ya DOST mərkəzləri vasitəsilə edilir. Xidmətdən Azərbaycan vətəndaşları, eləcə də ölkədə daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yararlana bilər.
Əsas mənbə: APA
